Kalaşnikov konserni uçan hibrid avtomobili və motosikleti xatırladan sərnişin kopteri - nəqliyyat vasitəsini təqdim edib. Hazırda prototip sınaq mərhələsindədir. Bir müddət sonra onu praktiki olaraq istifadə etmək mümkün olacaq. Aparat oktokopter sxemində düzəldilib. O, 16 elektromotorla təchiz olunub və böyük adamı havaya qaldırmaq gücündədir. Uçuşu idarə etmək üçün pilot oturacağın önündə yerləşən coystiklərdən yararlanır. Aparatın nə xarakteristikasından, nə də istehsal tarixindən xəbər var.
Cavanşir Məmmədzadə
- Baxış: 473