• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1908
— 29.09.2017 10:01

Volkswagendən ən yığcam krossover: T-ROC

Volkswagen T-Roc hələ yay aylarında tamamilə gizlindən aydınlığa çıxmışdı, indi də o, Frankfurt avtosalonunda “canlı” sərgilənib. Yenilik bir çox texnoloji parametrlər təklif etsə də, qiyməti cəlbedicidir. Yığcam T-Roc “Tiquan”dan 25 santimetr qısa alınıb. Uzunluqda və təkər bazasında isə üstündür: müvafiq olaraq ölçülər 4,2 və 2,6 metrdir. Baqaj həcmi 465 litrdir, oturacaqları qatlamaqla yük yeri 1290 litrə bərabər olur. Krossover kifayət geniş motor qamması əldə edib: 1-2 litr arasında gücləri 115-lə 250 arasında dəyişən benzin və dizel aqreqatlar. Müasir avtomobillərdə gözə dəyən əksər funksiyalar bu modeldə də tətbiq olunub. Volkswagen T-Roc-un satışları ilin sonuna kimi başlamalıdır. Ofroudun ilkin qiyməti təxminən 20 000 avrodur.

 

Cavanşir Məmmədzadə