• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1965
— 28.09.2017 10:03

Levi'sdən “ağıllı” jaket

Levi Strauss & Co və Google şirkətlərinin müştərək Jacquard layihəsi çərçivəsində cins materialından “ağıllı” jaket hazırlanıb. O, oktaybrın 2-dən 350 dollara satışa çıxarılacaq. Smart jaketin qollarına elektrik keçirici materialdan daxili sensorlar quraşdırılıb. Bu hissə xüsusi relyef barmaqlıqları ilə ayrılıb ki, toxunma zamanı məlumatları ötürə bilsin. İdarəedici sxem Bluetooth batareyalarla birgə çıxarıla bilən cihazda yerləşir. Belədə istifadəçi əllə toxunmaqla smartfonun bir neçə funksiyalarını idarə edə bilər. Məsələn, analoji jaket vasitəsilə naviqator, pleer işlətmək, hətta zənglərə cavab vermək mümkündür. İstehsalçılar bildirirlər ki, “ağıllı” jaket xüsusi qayğı tələb etmir, mexaniki təsirlər və nəmlikdən də çəkinmir. Onu yumaq üçün isə sadəcə idarəedici modulu jaketdən ayırmaq gərəkdir.

 

Cavanşir Məmmədzadə