• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2393
— 27.09.2017 10:02

Toyota sirli krossoverini göstərdi

Frankfurt motorşousunda maraqlı konseptlərdən biri də Toyota C-HR Hy-Power kompakt krossoveridir. Hibrid maşının texniki göstəricilərini yalnız təxmin etmək olar, çünki istehsalçılar bu barədə bir kəlmə də kəsməyiblər. Hibrid maşın 1,8 litrlik mühərrik və 72 at güclü elektromotorla hərəkətə gəlir. Ümumi güc isə 122-yə bərabərdir. C-HR Hy-Power-i seriyalı versiyadan qara parıltılı və tünd xrom elementli eksteryerinə görə, xüsusi örtüklü narıncı 20 düymlük disklər və damına görə ayırd etmək olar. Konseptin oturacaqları da qara dərili narıncı işləmələri ilə diqqət çəkir.

 

Cavanşir Məmmədzadə