• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1648
— 28.09.2017 13:44

Oğurluq edənlər saxlanıldılar

KepezTV Player

Astara RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabr ayı ərzində rayon ərazisində 2 evdən və 1 mağazadan pul, tütün məmulatı, qızıl və məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs tutulub. Həmin şəxs Şahağacı kənd sakini, əvvəllər məhkum olunmuş Şəhram Əliyevdir.

Ağdaş RPŞ-nın əməkdaşları da uğurlu əməliyyat axtarış tədbirləri həyata keçiriblər.2010-cu ilin dekabr ayında rayon ərazisindəki evlərdən birindən 1000 ABŞ dolları, qızıl və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Qarağan-Sədi kənd sakini Gümrah Yusubov tutulub.