• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1675
— 28.09.2017 13:28

Tanışı tərəfindən döyülən kişi xəstəxanalıq oldu

KepezTV Player

Bakının Sabunçu rayonunda qanlı hadisə baş verib. 49 yaşlı Azər Əliyev rayonun Maştağa qəsəbəsindən xəsarətlərlə xəstəxanaya gətirilib. Təcili tibbi yardım əməkdaşları Azər Əliyevi yol kənarından götürdüklərini bildiriblər. Tibbi müayinə zamanı yaralının bədəninin müxtəlif nahiyyələrində küt alətlə yetirilən çoxsaylı xəsarətlər aşkarlanıb. Hadisə barədə dərhal Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis bölməsinə məlumat verilib. Azər Əliyev polislərə tanışı tərəfindən döyüldüyünü bildirib. Polis hadisəni törədən şəxsin kimliyini müəyyən edib. Onun istintaqa cəlb olunması istiqamətində tədbirlər görülür. Faktla bağlı araşdırma aparılır.