Sabirabadda evdə partlayış baş verib. Rayonun Qasımbəyli kəndində 56 yaşlı Qismətəli Əsgərov evdə qaz cihazında siqaret yandırmaq istəyərkən qəfildən partlayış olub. Nəticədə Əsgərov ağır dərəcəli yanıq xəsarətləri alıb. Vəziyyəti ağır olduğundan Bakı şəhərindəki Yanıq Mərkəzinə göndərilib.Faktla bağlı araşdırma aparılır.
- Baxış: 469