• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2238
— 28.09.2017 15:41

Gəncədə "Kütləvi Futbol Həftəsi" festivalı keçirilib

KepezTV Player

Gəncədə AFFA tərəfindən Kütləvi Futbol Həftəsi festivalı keçirilib. İki gün davam edən idman tədbiri Təhsil Respublika İdman Mərkəzinin Gəncə filialında reallaşıb. Nizami yurdunda ilk dəfə təşkil olunan layihəyə həm oğlanlar, həm də qızlar qatılıb. Festivalda əsasən 7-13 yaş arası məktəblilər iştirak edib. Bu layihənin həyata keçirilməsində məqsəd futbolun kütləviliyini artırmaq, futbola və digər idman növlərinə maraq yaratmaqdır. Eyni zamanda, uşaqların və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, sağlam həyat tərzini təbliğ etməkdir. Anoloji tədbir sentyabrın 30-da Bakıda keçiriləcək.