• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1115
— 28.09.2017 15:40

Akademik Həsən Əliyev barədə kitab təqdim olunub

KepezTV Player

Akademik Həsən Əliyev barədə kitabın məzunu olduğu Azərbaycan Dövlət Aqrar Universitetində təqdimatı olub. Əməkdar elm xadiminin həyat və yaradıcılığı, 110 illik yubileyi ilə bağlı həyata keçirilən tədbirlər, xatirələr monoqrafiyada öz əksini tapb. "Akademik Həsən Əliyev Azərbaycan Dövlət Aqrar Universitetinin məzunudur" adlı nəşrin təqdimatında elm fədaisinin yazdığı qiymətli əsərlərin bu gün də universitet müəllimlərinin stolüstü kitabı olduğuna diqqət çəkilib. ADAU-da onun adını daşıyan ekologiya və meşəçilik kafedrası, xüsusi auditoriya və 110 illik yubileti ərəfəsində əsası qoyulan dendroloji bağ yaradılıb. Müəllifi ADAU-nun rektoru İbrahim Cəfərov olan kitabın hazırlanması Prezident İlham Əliyev tərəfindən akademikin 110 illik yubileyinin keçirilməsi barədə sərəncamından irəli gəlir.