• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1628
— 27.09.2017 15:09

Goranboy rayonun Tap kənd orta məktəbi əsaslı təmir olunub

KepezTV Player

Cəbhəyanı zonada yerləşən Tap kəndində məktəb binasının yenilənməsi dərsə dəvamiyyəti yaxşılaşdırmaqla təhsil ocağına yeni təyinatların olmasına da şərait yaradıb. Məktəb kollektivi yaradılan imkandan maksimum yararlanacaqlarını bildirir.

ilin aprelində erməni təcavüzü nəticəsində yararsız hala düşən Goranboy rayonun Tap kənd orta məktəbi əsaslı təmir olunaraq, yeni dərs ilindən müəllim və şagirdlərin ixtiyarına verilib. 108 şagirdin təhsil aldığı məktəbdə əlavə 2 mərtəbəli tədris korpus da inşa edilib.

Şagirdlərin sevinci heçdə əbəs deyil. Yeni məktəbdə yaradılan şərait təhsilin müasir tələblər səviyyəsində, əyani vasitələrlə tədrisinə imkan verir. Bu da şagirdlər kimi müəllimlərin də sevincinə səbəb olub.

Qısa müddət ərzində, dövlət dəstəyi hesabına yenidən qurulan məktəbdə dərs demək üçün can atanların da sayı az deyil. Altunə Qarayeva da bu ildən məktəbin pedaqoqları sırasında yer alır. Yeni imkanlar müəllimlərin də üzəinə böyük məsuliyyət qoyur.

Rayon Təhsil Şöbəsindən verilən məlumata görə, bu sahəyə göstərilən diqqət və qayğının nəticəsidir ki, ötən illə müqayisədə ali məktəbə daxil olan məzunların sayı 10 faiz artıb.