• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1933
— 27.09.2017 15:16

Bu qış Şəmkirdə işıq problemi olmayacaq

KepezTV Player

Şəmkir rayonunda əhalini fasiləsiz olaraq elektrik enerjisi ilə təmin etmək üçün köhnə transformator məntəqələri yeniləri ilə əvəz edilib. Yararsız dayaqlar dəyişdirilib. Görülən işlər nəticəsində şəbəkənin gücü xeyli artırılıb. Ümumilikdə 16 kilomert 35 KV-luq, 126 kilometr 6-10 KV-luq və 4 KV-luq  xəttlər yenidən quurlub. Həmçinin istismara yararsız 6000-ə yaxın sayğac dəyişdirilib. 1846 yeni sayğac quraşdırılıb. Təmir bərpa işləri tək rayon mərkəzi və ətraf yaşayış məntəqələrini deyil ucqar dağ kəndlərini də əhatə edib. Hansı ki həmin ərazilərdə qış fəsli daha sərt keçir və əhali əsasən elektrik enerjisindən yararlanır. Şəmkir Elektrik Şəbəkəsi rayon mərkəzi, şəhər tipli 4 qəsəbə, 61 kənddən ibarət olan, ümumilikdə 210 mindən artıq abonentə xidmət edir.

Natiq Hüseyn