• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 976
— 27.09.2017 13:33

Avtomobilin çənindən 59 telefon aşkar edilib

KepezTV Player

Gürcüstandan Azərbaycana gələn avtomobilin yanacaq çənindən mobil telefonlar aşkar edilib. Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarina qarşı mübarizə şöbəsinə daxil olan məlumata əsasən, İdarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan ölkəmizə gələn Azərbaycan vətəndaşının idarə etdiyi "VOLKSVAGEN PASSAT" markalı minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib. Yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq çənin içində xüsusi düzəldilmiş gizlin-saxlanc yerindən 59 ədəd mobil telefon, 43 ədəd qidalandırıcı başlıq, 15 ədəd adapter, 60 ədəd qulaqcıq və 45 ədəd USB kabel aşkar olunub.Faktla bağlı araşdırma aparılır.