• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1334
— 27.09.2017 13:31

Gəncə sakini həyat yoldaşını küçədə bıçaqlayıb

KepezTV Player

Gəncədə kişi həyat yoldaşını bıçaqlayıb. Hadisə Dədə Qorqud küçəsilə M.Bağırov küçəsinin kəsişməsində baş verib.Şəhər sakini, 41 yaşlı Elyar Süleymanov həyat yoldaşı, 27 yaşlı  Elnarə Süleymanova ilə küçədə rastlaşaraq mübahisə edib. Mübahisə davaya çevrilib və E.Süleymanov həyat yoldaşının kürək və döş qəfəsinə 4 bıçaq zərbəsi endirərək hadisə yerindən qaçmağa cəhd edib. Dərhal əraziyə cəlb edilən polis əməkdaşları hadisəni törədən şəxsi saxlayıb, yaralı isə Xəstəxanaya yerləşdirilib.Faktla bağlı Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq ilə cinayət işi başlanılıb.