• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1714
— 26.09.2017 16:35

Yolları yarıda kəsən qəzalar...

KepezTV Player

Paytaxtın Heydər Əliyev prospektində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib."Nissan Tiida" və "Toyota Land Cruizer" markalı avtomobillər toqquşub. Nəticədə "Nissan"ın sürücüsü Altay Əsgərov başından xəsarət alıb.Şahidlərin sözlərinə görə, qəza işıqlarını yandıran "Nissan Tiida" yol kənarında dayanıb. Bu zaman yüksək sürətlə hərəkət edən "Toyota" dayana bilməyib və qarşısındakı maşına çırpılıb.Qəzadan sonra hər iki maşının sərnişinləri arasında dava düşüb.Yol polisinin müdaxiləsindən sonra tərəfləri sakitləşdirmək mümkün olub.

Nəsimi rayonu Puşkin küçəsində yolu keçmək istəyən 13 yaşlı Kənan Hüseynovu moped vurub. Yaralı hadisə şahidlərinin köməkliyi ilə xəstəxanaya aparılıb. Həkimlər tibbi yardımdan sonra Kənan Hüseynovun vəziyyətinin qənaətbəxş olduğunu bildiriblər. 

Gəncədə də piyadavurma hadisəsi olub. Qəza Mirzə Abbas Abbaszadə küçəsində qeydə alınıb. Şəhər sakini, “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq 15 yaşlı Aydan Rzayevanı dayanacaqda durarkən vurub. Xəsarət alan piyada Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

Tovuzda da xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Rayonun Qovlar şəhərinə gedən yolda Namiq Nəsirovun idarə etdiyi “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə İsmayıllı kənd sakini Namiq Nəsirov və sərnişini Qaraxanlı kənd sakini, 33 yaşlı Emin Məmmədrzayev müxtəlif bədən xəsarətləri alıblar. Tovuz Mərkəzi Rayon Xəstəxanasına çatdırılan Məmmədrzayevin durumunun isə orta-ağır olduğu bildirilir. Ağır kəllə-beyin travması alan və ağciyəri deşilən Nəsirov isə vəziyyəti ağır olduğu üçün özəl tibb müəssisələrindən birinə köçürülüb. Faktlarla bağlı araşdırmalar davam etdirilir.