Sevginin gücü qadının əlini qana bulayıb. Sevdiyi şəxslə mübahisəni sakitləşdirmək istəyən gənc 30 yaşlı qadın tərəfindən bıçaqlanıb. Gədəbəydə baş verən hadisənin təfərrüatları indi təqdim edəcəyimiz sujetdə.
Bıçaqlanma rayon mərkəzində qeydə alınıb. Arıqdam kənd sakini 30 yaşlı Ulduz Musayeva mübahisə zəmnində Çalburun kəndindən olan 25 yaşlı Sahib Rüstəmova xəsarət yetirib. Əvvəlcə Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına ilkin tibbi yardım göstərilən gənc daha sonra Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətiirlib. Yaralıya qarının daxilə nüfuz edən kəsilmiş deşilmiş yara diaqnozu qoyulub.
Həkim: Xəstənin qarnında dəlib keçən, kəsilmiş-deşilmiş yara var. Təcili olaraq əməliyyat olunub. Vəziyyəti aparılan əməliyyata uyğundur, müalicəsi reanimasiya şöbəsində davam etdirilir.
Mübahisə zamanı ayağından xəsarət alan qadının müalicəsi isə Gədəbəydə davam etdirilir. Ulduz Musayeva hadisəyə səbəb kimi qeyri rəsmi nigahda olduğu Kamil adlı şəxsin onu atmasını göstərir. Və sevdiyi şəxsin bu addımını qəbul etməyərək onu öldürmək qərarına gəlib. Küçədə mübahisə edən tərəfləri sakitləşdirmək istəyi isə Sahib Rüstəmova baha başa gəlib.
Ulduz Musayeva təqsirləndirilən şəxs: Dedi səndən qurtardım. Məndə arxasınca gəldim. Zəng edəndə dedi ki restorandayam. Mənə açıq verdi yanımda kimlər var nə bilim belə elə. Məndə gəldim orada çəkişdim. Bıçağı əlimdən almaq istədi. Məndə qollarını əlini dişlədim ki buraxsın vurum. Ona kimi bu yetim araya girdi bıçaqda buna girdi.
Sevginin cinayətkara çevirdiyi qadının əməlinə Gədəbəy rayoon polis şöbəsində aparılan istintaqın yekununda hüquqi qiymət veriləcək.
Natiq Hüseyn
- Baxış: 905