• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1201
— 25.09.2017 13:03

I divizionun püşkü atıldı

Futbol üzrə Azərbaycan çempionatının I divizionunda 2017/2018-ci illər mövsümünün püşkü atılıb. AFFA-nın inzibati binasında baş tutan mərasimdə ilk turun cütləri müəyyənləşib.

Çempionat oktyabrın 3-də başlayacaq. Yarışda 10 komanda mübarizə aparacaq.

 

I  tur, 3-4 oktyabr

“Xəzər” – “Mil-Muğan”

“Turan Tovuz” – “Şüvəlan”

“Ağsu” – “Zaqatala”

MOİK – “Qaradağ Lökbatan”

“Sabah” – “Binə”

 

Azad Rəfi