• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1392
— 25.09.2017 14:17

Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi Gəncədə gənclərlə görüş keçirib

KepezTV Player

Azərbaycan Texnologiya Universitetində reallaşan görüş biznes ideyalarının stimullaşdırılmasını və praktik biliklərin paylaşılmasının təminatına hesablanıb. Tələbə-gənclərlə söhbət aparılıb, öz işinə başlamaq və işləmək istəyən, lakin hələ konkret bir ideyası olmayan gənclərə sahibkarlıq haqqında məlumatlar verlib. Bu günə kimi mərkəzə təqdim olunan və həyata keçirilən startup layihələrdən də söz açılıb. Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi sentyabrın 11-dən etibarən “Ganja Big İdea Competition” ideya müsabiqəsinə qeyydiyyat da aparır. Müsabiqə bölgələrdən gələn tələbələrə öz biznes fikirlərini inkişaf etdirmək və mükafatlar qazanmaq imkanı verəcək. 

 

Gelnar Fazilqızı