• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1443
— 25.09.2017 14:29

Kiminsə məsuliyyətsizliyi pambıqçı fermerə baha başa gəlib

KepezTV Player

60 ha sahə dərmanlansa da zərərvericilər hələ də tam məhv olmayıb.

Fəxriyyə Qəmbərova - fermer: “40 sentnerlə pambıq becərmişdim. Halbu ki, 10 sentner pambıq qala, ya qalmaya. Baxımsızlıq ucbatından ziyanvericilər məhv elədi. Mən bu işin mütəxəssisi deyiləm, şirkətin mütəxəssisləri gəlib baxmalı idi”.

Son dərmanlamanın gecikməsində istehsalçı sifarişçini günahlandırır, sifarişçi şirkət isə fermeri.

Sahib Xəlilov - sifarişçi şirkərin aqronomu: “9-10 gün gecikdi dərmanlama işi. Əlbəttə ki, bu məhsuldarlığa təsir edəcək. Müqavilədə nəzərdə tutulur ki, dərmanı məntəqədən fermer özü götürməlidir. 2 sentyabrda məlumat verdim ona. Ayın 8,11-də bir də zəng elədim. Ayın 11 günü gətirdilər, biz də getdik dərmanladıq”.

Fəxriyyə Qəmbərova - fermer: “Mənim onlara atdığım yazılar, zənglər var. Cavab verən olmadı. Vaxtı keçəndən sonra dərmanladılar”.

Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitunun mütəxəssisi Elçin Xəlilov isə deyir ki, iqtisadi ziyan həddinə yol verən - gecikmiş dərmanlama 3-10 gün müddətinə təsir etməli idi.

Elçin Xəlilov - Bitki Mühafizə və Texniki Bitkilər ETİ-nin labortoriya müdiri: “Məhv olmaması səbəbi ondan irəli gəlir ki, dərman hazırlanarkən düzgün nisbətdə, konsentrasiyada hazırlanmayıb. Bu da aparılan mübarizədə pambıq sovkasına zəif təsir edir. Zərərvericinin müəyyən qismi diri qalır. Sovkanın üçüncü nəsildə çoxsaylı olması səbəbi odur ki, birinci, ikinci nəsillərdə keyfiyyətli mübarizə aparılmayıb”.

 Anoloji hal 30-50% məhsul itkisinə səbəb ola bilir.

 

Xəyalə Mürsəl