• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3188
— 25.09.2017 12:53

Meşədə baş verən yanğın söndürüldü

KepezTV Player

Zaqatalada dağlıq-meşəlik ərazidə ötən gün axşam saatlarından başlayan yanğın artıq nəzarətə götürülüb. Zaqatala Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Tala meşəbəyliyinin 3 saylı dolayının yüksək dağlıq ərazisində baş vermiş yanğın bu gün səhər saat 06:45 radələrində söndürülüb. Yanğın zamanı təqribən 3 hektara yaxın ərazidə quru ot örtüyü, kol-kos və qismən qurumuş ağaclar yanıb. Yanğının söndürülməsində Fövqəladə Hallar Nazirliyinin Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyətləri, ETSN-in Zaqatala Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin əməkdaşları və yerli sakinlər iştirak edib. Yanğın zamanı xəsarət alan olmayıb. Yanğının hansı səbəbdən baş verdiyi və dəymiş ziyanın həcmi müəyyənləşdirilir.

 

Zülfiyyə Telmanqızı