• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1898
— 25.09.2017 04:20

Şəmkirdə 22 yaşlı gənc bıçaqlanıb

KepezTV Player

Hadisə Bakı-Qazax yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsinin kənarındakı mebel mağazasının önündə baş verib. Şəmkir rayon Könüllü kənd sakini, 22 yaşlı Kənan İdrisli hələ ki, bilinməyən şəxs tərəfindən mübahisə zamanı bıçaqlanıb. Yaralı Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Qarın nahiyəsindən bıçaq yarası alan şəxs əməliyyat olunub və onun  vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı Şəmkir Polisi araşdırma aparır.

Xaliq Qurbanlı