• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1779
— 23.09.2017 18:23

Göygöldə iki avtomobil toqquşub

Göygöl rayonun da yol qəzası baş verib. Hadisə Göygöl Olimpiya Kompleksinin yaxınlığında olub. Hərəkətdə olan rayonun Aşıqlı kənd sakini 36 yaşlı Elməddin Quliyevin idarət etdiyi “Mersedes” markalı avtomobillə, qarşı tərəfdən gələn Gəncə şəhər sakini 25 yaşlı Kənan Qurbanzadənin idarə etdiyi “VAZ 21011” markalı avtomobil toqquşub. Qəza zamanı xəsarət alan olmasa da avtomobillərə ziyan dəyib. Faktla bağlı araşdırma aparılır.

Elnur Vahidoğlu