• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 992
— 23.09.2017 17:40

Avropa çempionatı çərçivəsində Göygöldə azarkeşlər iki oyun izləyiblər

KepezTV Player

Azərbaycan və Gürcüstanın ev sahibliyi etdiyi qadın voleybolçular arasında Avropa çempionatında ilk turun oyunları baş tutub. D qrupunun görüşlərini qəbul edən Göygöldə ötən gün Niderland Belçikayla, Serbiya isə Çexiyayla üz-üzə gəlib. Olimpiya İdman Kompleksində reallaşan ilk qarşılaşmada Serbiya və Belçika milliləri güclünü ayırd edib. Oyunun favoriti sayılan serblər rəqibini quru hesabla yəni 3:0 məğlub edib. Setlərdə 25:22, 25:16 və 25:23 hesabları qeydə alınıb. Günün ikinci görüşündə qrupun iki güclü komandasından biri olan Niderland Çexiyayla münasibətlərinə aydınlıq gətirib. İlk setdə şeytanlar 25:23 qalib gəlsələr də, sonradan oyunu ələ alan zambaqlar ölkəsinin zərifləri rəqibə göz açmağa imkan verməyib və oyundan 3:1 hesabıyla qalib ayrılıblar.   Bu gün Göygöldə daha iki qarşılaşma oynanılacaq. Saat 17-də Çexiya Belçikayla görüşəcək. Qrupun ən önəmli oyununda isə saat 20-də Niderland və Serbiya qarşı-qarşıya gələcək.

Orxan Cəfərzadə