• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1627
— 21.09.2017 10:10

“100”ə 1,8 litr yanacaq işlədən Çin krossoveri

Çin şirkəti Chery Frankfurt avtomobil sərgisində Avropa bazarında satılacaq Exceed TX krossoverini nümayişə çıxarıb. Maşın brendin yeni dizayn stilində hazırlanıb. Krossover ofroud tipli yeni platforma əsasında ərsəyə gəlib. Modelin ötürücü sistemi Dana və BorgWarner, transmissiyası Getrad, elektron köməkçiləri Valeo və əyləcəli informasiya sistemi, mühərrikin parametrləri, eləcə də köməkçi sistemlər Bosch kimi şirkətlərin əməyidir. Exceed TX istehsal olunanda üç variantda – hibrid, qoşulma hibrid və elektrokar kimi təklif ediləcək. Dilerlərdə ilk olaraq şarj edilə bilən hibrid peyda olacaq. Onu 1,5 litrlik 150 at güclü benzin və 116 at güclü elektromühərriklə təchiz edəcəklər. Güc sistemi 7 pilləli robotlaşdırılmış transmissiya ilə birləşir. Saatda 100 kilometrə çatmaq üçün avtomobilə 6 saniyə vaxt lazımdır. Onu maksimum 200 km/saat sürətlə sürmək mümkündür. Yanacağın sərfiyyatı “100”ə 1,8 litrdir. Exceed TX-in seriyalı versiyası gələn ilə göstəriləcək.