Şəmkirdə polisin məktəblilərlə marifləndirici görüşü olub. “Diqqət Uşaqlar” aylığı çərçivəsində rayonun Dövlət Yol Polisi bölməsinin əməkdaşları ölkə ərazisində baş verən qəzalar və fəsadları, narkomaniya, erkən nigahlar və digər mövzularda söhbətlər aparılıb. Şagirdlərə yol hərəkəti qaydalarına əməl etmək və piyada keçidlərindən düzgün istifadə etmək tövsiyyə olunub. Bu ilin 8 ayı ərzində rayonda qeydə alınan 6 piyda vurma hadisəsi zamanı 1 azyaşlı öldüyü, 5 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri aldığı diqqətə çatdırılıb. Bu kimi halların qarşısının alınması üçün qaydalara əməl olunmasının vacibliyi önə çəkilib. Polis həmçinin valideynlərə də səslənib - azyaşlı övladlarınıza avtomobili idarə etməyə icazə verməyin.
Əfqan Qasımzadə Şəmkir RPŞ-nin inspektoru: Şəmkir rayon polis şöbəsi rəhbərliyinin və aidiyyatı xidmət əməkdaşlarının birgə iştirakı ilə rayonun ümumtəhsil məktəblərində narkomaniya və onun fəsadları erkən nigahlar və qızların erkən yaşda qaçırılması ailə məişət münasibətlərinin yeniyetlərin davranışına təsiri radikal dini təriqətlər həmçinin sürücülük hüququ olmadan avomobillərin yetkinlik yaşına çatmayanlar tərəfindəndən idarə olunmasının törətdiyi fəsadlar mövzusunda tədbirlərin keçirilməsi ilə bağlı xüsusi tədbirlər planı tərtib edilib. Ötən bu tədbirlər bütün məktəblərəd keçirilib. Bu il isə ilk tədbirimiz Şəmkir şəhər Əhməd Cavad adına tam orta məktəbdə reallaşdı.
Ağstafada da analoji görüş olub. Baş Dövlət Yol Polisi İdarəsi Yol Patrul Xidməti Alayının 9-cu tağımının rəhbərliyi rayonun Qırlı kənd tam orta məktəbində şagirdlərlə marifləndirici söhbətlər aparıb. Tağım komandiri Aqil Məmmədov Bakı-Qazax magistarlının Ağstafa rayonu ərazisindən keçən hissəsində baş verən yol nəqliyyat hadisələri və onun acı nəticələrindən danışıb. Əksər qəzaların azyaşlıların iştirakı ilə baş verdiyi diqqətə çatdırılıb, yol hərəkəti qaydalarına əməl olunmasının vacibliyi tövsiyyə olunub. Xüsusən valideynlər tərəfindən azyaşlılara avtomobillərin etibar edilməsinin yol verilməz olunduğu diqqətə çatdırılıb. Bu və ya digər hallara qarşı yol polisləri tərəfindən barışmaz mübarizə aparıldığı və bundan sonra da qabaqlayıcı tədbirlərin davam etdiriləcəyi vurğulanıb.
Natiq Hüseyn
- Baxış: 1014