• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1381
— 22.09.2017 13:01

Məcburi köçkünlərin məskunlaşdığı yataqxana yandı

KepezTV Player

Paytaxtın Şərifzadə küçəsi 1 ünvanında məcburi köçkünlərin məskunlaşdığı 5 saylı yataqxanada yanğın çıxıb. FHN-in Yasamal Rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və 4 avtomobili hadisə yerinə cəlb edilib.

Yanğın insanlara qorxulu anlar yaşadıb. Onlar yuxudan ayılanda tikilinin alovlandığını görüblər.

Çevik polis alayının da köməkliyi ilə insanlar yanan binadan təxliyə ediliblər. Bu zaman polis əməkdaşlarından biri tüstüdən zəhərlənib.

Xəstəxanaya çatdırılan polis serjantı Tural Əliyevə lazımi tibbi yardım göstərilib, vəziyyəti qənaətbəxşdir. Məcburi köçkünlərdən xəsarət alan olmayıb.

Yanğının elektrik naqillərində qısa qapanma səbəbindən baş verdiyi ehtimal edilir. Dəqiq nəticəyə araşdırmalarla gəlinəcək.

 

Zülfiyyə Telmanqızı