• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1600
— 22.09.2017 18:13

Qatar 22 yaşlı gənci vurub öldürdü

KepezTV Player

Lənkəranda Astaradan Bakı istiqamətinə hərəkətdə olan Bakı-Astara sərnişin qatarı dəmir yol vağzalından təxminən 2 km məsafədə dəmir yolu xəttini keçmək isəyən 22-yaşlı Tural Hüseynlini vurub. Hadisə yerinə dərhal təcili yardım çağırılıb və Tural Hüseynli qatarın altından çıxarılıb. Lakin yaralı xəstəxanaya aparılarkən yolda keçinib. Meyit müayinə olunmaqdan ötrü Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib. Məlumata görə, Tural Hüseynli dəmir yol xəttini keçmək isdəyərkən qulağcıqdan isdifadə edib və qatarın verdiyi xəbərdarlıq siqnalını eşitməyib. Hadisə zamanı Astara-Bakı xətti üzrə hərəkət edən qatarın hər iki maşinistinin içkili olub olmadığını yoxlamaqdan ötrü əraziyə həkim çağırılıb və hər iki maşinist tibbi müayinədən keçib. Hadisə ilə bağlı qatarın hərəkətində 1 saatdan çox gecikmə yaranıb. Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

 

Zülfiyyə Telmanqızı