• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2086
— 22.09.2017 16:07

Şəmkirdə iki avtomobil toqquşdu, yaralılar var

Bakı-Qazax magistral yolunda xəsarətlə nəticələnən yol qəzası baş verib. Hadisə yolun Şəmkir rayonunun Çinarlı qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. “Mercedes” və “VAZ 21014” markalı avtomobillərin toqquşması nəticəsində xəsarət alanların olduğu bildirilir. Yaralılar Şəmkir rayon Mərkəzi xəstəxanasına aparılıb. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

 

Rühəngiz Hacızadə