Şəmkirdə Heydər Əliyev mərkəzində “Böyük Yol” İctimai Birliyinin təqdimatı olub. Dövlətin gənclər siyasətindən, əldə edilən uğurların Şəmkir gənclərinin timsalında da özünü göstərməsi belə bir təşkilatın formalaşmasına səbəb olub. Yerli əhalinin 30 faizinin gənclərdən ibarət olduğu rayonda onlar ictimai, siyasi və mədəni həyatda fəallıqları ilə seçilirlər. Şəmkirin 2016-cı ildə Azərbaycanın Gənclər Paytaxtı seçilməsi də bundan irəli gəlib. Respublikada ilk dəfə rayonda gənc müəllimlər və həkimlər, eləcə də tərbiyyəçilər birliyinin fəaliyyətə başladığı, yeni yaradılan “Böyük Yol” İctimai Birlyinin isə gəncləri bir araya toplayacağına diqqət çəkilib. Birliyin məqsədi rayon ərazisində gənclərin fəaliyyətini daha səmərəli şəkildə koordinasiya etmək, cəmiyyətə daha fəal inteqrasiyasını təmin etməkdir. Birliyin yaradılması Azərbaycan gəncliyinə verilən dəyər kimi qiymətləndirilib.
Güllü Atakişiyeva - “Böyük Yol” İctimai Birliyinin sədri: “Birliyimiz regionun bütün gənclərini əhatə edərək onların sosial inkişafını təmin edəcək. Həmçinin onların özlərini təsdiq etmək üçün imkanlar tanıyacaq. Bizim Böyük yolun bir prinsipi var ki bizdə imkanlar sonsuzdur. Yəni gənclər bizim böyük yola qoşularaq öz fərdi inkişaflarında və gələcək karyeralarında böyük addımlar ata bilərlər”.
Natiq Hüseyn
- Baxış: 745