Mercedes-Benz Frankfurt avtosalonunda elektrikli GLC – F-Cell krossoverinin seriyalı versiyasını sərgiləyib. Yeni maşının elektromotoru həm yanacaq hüceyrələrindən, həm litium-ion batareyalarından enerji toplayacaq. Yolsuzluq avtomobili 200 at güclü elektromühərriklə təchiz olunub. Kuzovun aşağı hissəsinə yerləşdirilən balonlar 4,4 kiloqram hidrogen götürmək iqtidarındadır. Litium-ion batareyası isə baqaj altındadır. Onun həcmi 13,8 kilovatt-saatdır. Akkumlyator məişət elektrik şəbəkələrindən də enerji ala bilir. Mercedes-Benz GLC F-Cell-də bir neçə elektro-idarəedici rejimlər də var. Hybrid variantını aktiv etməklə motor üçün hər iki mənbə işləyir. F-Cell rejimində elektrik batareyalarından gələn enerji kəsilir. Akkumlyatorlar yalnız Battery rejimində işə düşür. Hərəkət olan zaman enerji yükləmək üçün Charge rejimini aktiv etmək məqsədə uyğundur. Krossoverin hidrogenlə ehtiyat gedişi 437 km təşkil edir.
Cavanşir Məmmədzadə
- Baxış: 378