• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1106
— 21.09.2017 17:19

Açılışda 5 fərqli əyarlı medal

Hərbçilər arasında Litvanın Klaypeda şəhərində keçirilən güləş üzrə 32-ci dünya çempionatının ilk günü təmsilçilərimiz 5 medal qazanıblar. Mükafatların əyarı 1 qızıl, 1 gümüş və 3 bürünc olub. Sərbəst güləşçilərimizdən 61 kq-da Qalib Əliyev bütün rəqiblərinin kürəyini yerə vuraraq qızıl medala yiyələnib. Əfqan Xaşalov (57 kq), Ağahüseyn Mustafayev (65 kq) və Coşqun Əzimov (70 kq) yarışı bürünc medalla tamamlayıblar. Gümüş mükafatı isə komandamızın aktivinə qadın güləşçimiz 48 kq çəkidə Türkan Nəsirova yazdırıb.

Orxan Cəfərzadə