KepezTV Player
Ombudsmanın Gəncə Regional Mərkəzi tərəfindən bu istiqamətdə Naftalan, Gədəbəy, Qazax və Göygöldə silsilə tədbirlər keçirilib. Bu gün Gəncədə baş tutan yığıncaq isə bu tədbirlərin yekunu olaraq təşkil olunub. İştirakçılar əvvəl Gəncə məktəblərinin əl işlərindən ibarət sərgiyə baxış keçiriblər. Tədbirdə insan və vətəndaş hüquqlarının müdafiəsinə dövlət təminatından, bərabərlik, sülh və dözümlülük mədəniyyətindən, habelə yaşamaq və azadlıq hüququ barədə söhbət açılıb.
- Baxış: 424