• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1327
— 21.09.2017 13:46

Gəncədə “Mühacirətin dünyəvi Azərbaycan modeli” mövzusunda dəyirmi masa təşkil olunub

KepezTV Player

 Artıq 70 ildir ki, Azərbaycanda yaşayan İranlı mühacirlərin bu illər ərzində keçdiyi həyat yoluna, yaşam tərzinə nəzər salınıb, burada onlara göstərilən diqqət və qayğıdan söz açılıb. Bildirilib ki, o illərdə Azərbaycana mühacirət edən iranlıların 70 faizi oxuyub, yazmağı bacarmırdısa, 1980-ci illərdə onalrın sırasından 200 nəfəri artıq elmlər namizədi adı almışdı. Bununla yanaşı, iranlı mühacirlərdən 5 nəfəri xalq yazıçısı, 3 nəfəri sosialist əməyi qəhrəmanı, 2 nəfəri əməkdar həkim, 2 nəfəri əməkdar jurnalist adı, 10 minə yaxıni isə orden, medal və döş nişanları alıb. 70 il ərzində 20 minə yaxın iranlı mühacirin mənzil təminatı da yaxşılaşdırılıb.