Gəncə şəhərində döyülmə faktı qeydə alınıb. Sadılı qəsəbəsində yaşayan 55 yaşlı Xəzəngül Nəsirova müxtəlif bədən xəsarətləri ilə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Müayinə zamanı ona sol göz ətrafının hematoması və baş-beyin sirkələnməsi diaqnozu qoyulub. Xəzəngül Nəsirovaya lazımi tibbi yardım göstərilib və palataya yerləşdirilib. Verilən məlumata görə, qadın ailə münaqişəsi zamanı həyat yoldaşı tərəfindən döyülüb. Faktla bağlı araşdırma aparılır.
Elnur Vahidoğlu
- Baxış: 760