• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1020
— 20.09.2017 19:17

Tovuzda iki avtomobil toqquşub, 3 nəfər xəsarət alıb

Tovuz rayonun da avtomobil qəzası baş verib. Hadisə rayonun Quşçu-Qovlar avtomobil yolunda qeydə alınıb. Qovlar kənd sakini 80 yaşlı Mayıl Səfərovun idarə etdiyi  "VAZ-2106" markalı avtomobil qarşı tərəfdən gələn Tovuz rayon sakini 29 yaşlı Tural İbrahimovun idarə etdiyi "VAZ-2107" markalı avtomobillə toqquşub. Nəticədə hər iki sürücü və "VAZ-2106"nın sərnişini, Qovlar kənd sakini 47 yaşlı Elmira Tağıyeva müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Hər üç yaralının vəziyyətinin orta-ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Elnur Vahidoğlu