• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 891
— 20.09.2017 14:02

Gəncə şəhər stadionunun əsas meydançasının yenilənməsi prosesi davam edir

KepezTV Player

Meydançaya Niderland istehsalı olan lolium adlı ikinci toxum növü səpilib. Əkin işlərindən öncə toxumların inkişafını sürətləndirmək üçün xüsusi texniki qurğu vasitəsilə ilə havalandırma prosesi aparılıb. Daha sonra səpinə başlanıb. 8000 kv. metr ərazini əhatə edən sahəyə 300 kq toxum əkilib. Bu növ toxumlar soyuq havaya davamlı hesab olunur. Stadionda işləri həyata keçirən SİS şirkətindən verilən məlumata görə, toxumların cücərməsi üçün bir həftə vaxt tələb olunur. Xatırladaq ki, Gəncə şəhər stadionunun əsas meydançasının dəyişdirilməsi AFFA-nın vəsaiti hesabına aparılır.

 

Orxan Cəfərzadə