• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 970
— 20.09.2017 15:02

Şəmkirin baş planı içtimayyətə təqdim olundu

KepezTV Player

12 min 604 hektar ərazisi, 40 min əhalisi olan Şəmkir şəhərinin yeni baş planı 58 min nəfər üçün işlənilib. Planda əsasən inşaat sektorunun inkşafı, şəhərin abadlaşdırılması, əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması nəzərdə tutulub. Şəhərin 2015-2035-ci illəri əhatə edən baş planı ictimayyətə təqdimatında perespektiv imkanlar da nəzərə alınıb. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən hazırlanan layihədə köhnəlmiş, qəzalı vəziyyətdə olan binaların sökülməsi, əvəzində  müasir memarlığın tələbləri səviyyəsində yeni binaların tikintisi də öz əksini tapıb. Baş plan sosial yönümlüdür və Şəmkir şəhərinin gözəlləşməsinə və əhalinin rahatlığına hesablanıb.

Fəxri Aydəmir - Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin məsul əməkdaşı: “Baş plan layihəsində Şəmkir şəhərinin gələcək perespektivləri müəyənləşdirilib. Şəhərin inkişafı əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılması torpaqlardan səmərəli şəkildə istifadə olunması eləcədə bütün proritet sosial sahələr nəzərə alınıb. Baş plan layihəsinin işlənilməsi Azərbaycan Respublikasında qüvvədə olan Şəhərsalma və Tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun olaraq hazırlanıb”.

 

Natiq Hüseyn