• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1656
— 20.09.2017 10:03

Porsche Cayenne Turbo aktiv antiqanad əldə etdi

Porsche şirkəti Almaniyada keçirilən avtomobil sərgisində Cayenne ofroudunun yeni Turbo versiyasını göstərib. Model öz sinfində üç iş rejimli aktiv antiqanadı olan ilk avtomobil hesab edilir. Aerodinamik element tamamilə çıxarıla bilir, onu ya arxa oxlara əlavə təzyiqli güc kimi, ya da aerodinamik əyləc kimi istifadə etmək mümkündür. Porshedən bildirirlər ki, sonuncu yerdəyişmə ilə qanad, sürət saatda 250 kilometr olarkən əyləc məsafəsini 2 metr ixtisara salır. Cayenne Turbonun kapotu altında 4 litrlik V8 tvin-turbo mühərriki qərarlaşıb. At gücü isə 30 vahid artaraq 550-yə çatdırılıb. Motor maşını 8 diapazonluq avtomatik sürət qutusu hərəkət gətirir. Yolsuzluq avtomobili ilk 100 km/saat sürəti 4,1 saniyəyə yerinə yetirir. Sport Chrono paketi ilə bu göstərici 3,9 saniyədir. Ən yüksək sürət 286 km/saatdır. Porsche Cayenne Turboya 3 kameralı pnevmatik asma, aktiv amortizatorlar, volfram karbidlə örtülən əyləc, 48 voltluq enerji sistemi təmin edən aktiv stabilzatorlar, 21 düymlük təkər diskləri, 710 vattlı Bose audiosistemi, 18 elektro tənzimləyicisi olan ön oturacaqlar və qismən rəqəmsal alətlər paneli quraşdırılıb. Maşın Avropa dilerlərində ilin sonunda peyda olacaq. Almaniyada qiymətlər 138 850 avrodan başlayır.

 

Cavanşir Məmmədzadə