• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1662
— 20.09.2017 10:02

Jaguar elektrokrossoverlər üçün yarış monokuboku keçirir

Jaguar mütəxəssisləri özlərinin yarış monokuboklarını təşkil edəcəklər. Burada yalnız xüsusi hazırlıq görmüş I-Pace elektrokrossoverləri iştirak edəcək. Jaguar I-Pace eTrophy Racecar adlı bu maşın Böyük Britaniya avtoistehsalçısı tərəfindən Frankfurtda sərgilənib. Jaguar avtomobilinin texniki göstəriciləri barədə heç bir məlumat yoxdur. Rəsmilər təkcə analoji maşından cəmi 20 ədəd buraxılacağını açıqlamaqla kifayətləniblər. Jaguar monokuboku elektrokarların iştirak elədiyi Formule-E mərhələsinə dəstək yarışı kimi çıxış edəcək. İlk çempionat 2018-ci ilin sonlarında start götürəcək və 10 mərhələdən ibarət olacaq. Jaguar I-Pace-in seriyalı versiyasının istehsalı da həmin ərəfələrdə baş tutmalıdır.

 

Cavanşir Məmmədzadə