• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1990
— 19.09.2017 13:19

Tələbə bıçaqlandı

KepezTV Player

Lənkəran Dövlət Universitetinin tələbəsi bıçaqlanıb. Hadisə universitetin yerləşdiyi küçədə baş verib. Astara rayon sakini, universitetin İnformatika ixtisası üzrə məzunu olmuş Elçin Baxşıyevlə LDU-nun eyni ixtisası üzrə 3-cü kursunda oxuyan Lənkəran rayonunun Kərgəlan kənd sakini Zəka Həmidov arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Nəticədə Elçin Baxşıyev Zəka Həmidova bıçaqla xəsarət yetirib. Özü isə hadisə yerindən qaçıb. Arterial damarın kəsilməsi səbəbindən çoxlu qan itirən zərərçəkən yoldaşları tərəfindən Lənkəran Rayon mərkəzi Xəstəxanasına çatdırılaraq əməliyyat olunub.