Lozannanın Federal politexnik məktəbinin mühəndisləri yükü zədələnmədən qoruyan qatlanan çərçivəli dron düzəldiblər. Bu quruluş insanların da zərər görməsini minimuma endirir. Dronun qatlanan çərçivəsi güclü karbon lif materialından hazırlanıb. Yük isə çərçivənin içərisində çexola bərkidilir. Əslində çərçivə o qədər böyük yer tutmur. Uçan qurğu maksimum 0,5 kq yük daşımaq iqtidarındadır. Ən uzağa uça biləcəyi məsafə isə 2 kilometrdir. Aparat maneələri müəyyən edən sistemlə təchiz olunub. Onun köməyilə müəyyənləşdirilən marşrut üzrə hərəkət edən dron ağaclardan və tikililərdən yayına bilir.
Cavanşir Məmmədzadə
- Baxış: 505