Frankfurtda Porsche “təmiz” drayverli 911 GT3 Touring Package adlı əl işini göstərib. Görünüşcə bu adi GT3-dür, ancaq mexaniki sürət qutusu və sabit arxa qanadın yerinə tənzimlənən arxa spoylerin olması oxşarlığı bir daha nəzərdən keçirməyə vadar edir. Qısası, avtomobil sabit görünüşə və klassik stilə dəyər verənlər üçündür. Maşın 911 R ideyası ilə eynilik təşkil edir, amma fərq ondadır yenilikdə məhdud say yoxdur. Arxa ötürücülü superkar 4 litrlik atmosfer mühərrik və qısa keçidli 6 pilləli mexaniki sürət qutusu ilə işləyir. Transmissiyada aşağı enmə zamanı avtomatik qazvermə funksiyası da var. Aqreqat 600 at gücü verir. Belə bir güc sistemi ilə avtomobil 100 km/saat sürəti 3,9 saniyəyə yığır. 316 km/saat isə onun maksimal sürətidir.
Cavanşir Məmmədzadə
- Baxış: 505