• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 897
— 19.09.2017 10:02

Elektrokar Mercedesə virtual radiator barmaqlığı əlavə etdilər

Mercedes-Benz şirkəti Frankfurt avtosalonunda gələcək seriyalı modelini - futuristik heçbekini göstərib. EQA modeli özündə virtual radiator barmaqlığını və avtoistehsalçıların təbirincə desək, dizaynın “həssas təmizliyi”ni nümayiş etdirir. Faralardakı işıq diodların yerini konseptdə lif lazerlər tutur ki, onlarda da aktiv element kimi optik şüşə lif çıxış edir. Bu dizayn elektromotorun mis sarğısını, animasiya isə elektrik nəbzi xatırladır. Tam ötürücülü konsept-kar iki elektromotorla işləyir. Ümumi at gücü 272-yə bərabərdir. Batareyaların həcmi isə 60 kilovatt-saatdır. Bir dəfəyə enerji yükləməklə maşın 400 kilometr yol qət edir. EQA naqilsiz enerji doldurmanı dəstəkləyir. Yəni onu həm ev şəraitində, həm də elektrik stansiyalarda enerji ilə təmin etmək mümkündür. Heçbekin güc sistemi Sport və Sport Plus rejimlərində fəaliyyət göstərir. Onlar fırlanma anına görə fərqlənir. Virtual radiatr barmaqlığı rolunu oynayan qara panel rejimdən asılı olaraq görünüşünü dəyişir. Sport rejimində o, yanan qanad formasında göy rəngdədir, Sport Plusda isə barmaqlıq Mercedes-AMG GT-də olduğu kimi

Panamericana stilində olur. “Mersedes”in bu yeni modeli 2019-cu ildə peyda olacaq.

 

Cavanşir Məmmədzadə