• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2306
— 18.09.2017 19:28

Evlərə qənim kəsildilər

KepezTV Player

Zəhmət çəkib qazanmaq yerinə, başqasına əziyyətlə yığdığına qənim kəsilməklə qazanc əldə etmək istədilər. Ancaq polis də onlara qənim kəsildi. Qənimətlərini yiyə bilmədilər. İndi söhbətin kimlərdən getdiyini biləcəksiniz.

Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yerləşən evlərdən birindən dəyəri 12 min manat olan qızıl-zinət və məişət əşyalarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Allahverdi Ələkbərzadə və Kamil Qaraxanov tutulublar. Saxlanılan şəxslərin ətraflarında həyata keçirilən əlavə əməliyyat tədbirləri nəticəsində onların Ramana qəsəbəsi və Şuşa şəhərciyində yerləşən daha 3 fərdi yaşayış evindən oğurluq etdikləri məlum olub. Oğurladıqları qızıl-zinət əşyalarını metronun “Gənclik” və “Neftçilər” metrostansiyalarının yaxınlığında yerləşən qızıl qəbulu məntəqələrinə 4500 manata satıbla.

Faktla bağlı zəruri istintaq hərəkətləri, eləcə də təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 

Zülfiyyə Telmanqızı