KepezTV Player
Bakıda daha bir avtobus sürücüsü vəhşicəsinə döyülüb. Bugün saat 17:30-da Memar Əcəmi metrostansiyasının yaxınlığındakı dayanacaqda 135 saylı avtobusun sürücüsü Qüdrət Kərimov sərnişin tərəfindən döyülüb. İnsident nəticəsində xəsarət alan sürücü təcili tibbi yardım avtomobili ilə 1 saylı Kiliniki Tibbi Mərkəzə aparılıb, onun qaşına tikiş qoyulub. Göğrüntülərdən məlum olur ki, sürücü sərnişinin avtobusa arxa qapıdan mindiyinə görə etirazını bildirir. Bu isə digər sərnişinin xoşuna gəlmir. Nəticədə belə bir hal yaşanır. Faktla bağlı araşdırma aparılır.
Zülfiyyə Telmanqızı
- Baxış: 583