• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2363
— 18.09.2017 23:06

72 yaşlı Gəncə sakini döyüldü

Gəncədə 72 yaşlı kişini döyüblər. Talıb Məmmədov bud nahiyəsinin sınığı xəsarəti ilə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir. Kişi bir neçə gün əvvəl avtobus dayanacağında mübahisə zəminində tanımadığı şəxs tərəfindən döyüldüyünü deyib. Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

 

Xaliq Qurbanlı