• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1532
— 18.09.2017 15:07

Gəncədə 123-cü teatr mövsümünün açılışı olub

KepezTV Player

Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrının kollektivi görkəmli rus yazıçı-dramaturq Anton Çexovun "Vanya dayı" pyesi əsasında hazırlanan eyniadlı tamaşanı təqdim edib.

Tamaşa Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanıb və ötən mövsümün sonunda təhvil verilib. Teatrın baş rejissoru İradə Gözəlovanın quruluş verdiyi səhnə əsərində əməkdar artistlər Ramiz Vəliyev, İlham Hüseynov, Novruz Cəfərov da daxil olmaqla, 10-a yaxın aktyor rol alıb. Quruluşçu rəssamı isə Elnur Axundovdur.

“Vanya dayı” əsərində hadisələr XIX əsrin sonlarında cərəyan edir. Uzun illər Moskvada yaşayan professor maddi problemlər ucbatından şəhəri tərk edib, vəfat etmiş arvadının kənddəki malikanəsinə köçmək məcburiyyətində qalır. O, özü ilə birlikdə bura gənc həyat yoldaşını da gətirir. Professorun qaynı – “Vanya dayı”nın və kənd həkiminin gənc qadına vurulması malikanədə qarışıq vəziyyət yaradır. Kənd həyatına öyrəşə bilməyən qadın isə ilk fürsətdə buranı tərk etmək həvəsindədir.

Dram Teatrın kollektivi hər il olduğu kimi bu il də bir sıra xarici festivallara dəvət alıb. Yaradıcı kollektivin ilk qastrol səfəri isə Moskvaya olacaq.

 

Gülnar Fazilqızı