• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1964
— 18.09.2017 12:58

Avtomobil motosikletlə toqquşdu

KepezTV Player

Neftçalada 2 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib. Hadisə Salyan-Neftçala avtomobil yolunun rayonun Ballıcalı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Minik avtomobilinin motosikletlə toqquşması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan rayonun Ballıcallı kənd sakinləri, 20 yaşlı Ayaz Məmmədli və 22 yaşlı Rəfael Hüseynov Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ayaz Məmmədlinin vəziyyəti ağır olduğundan o, Bakıya göndərilib. Faktla bağlı araşdırma aparılır.

 

Zülfiyyə Telmanqızı