• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2019
— 18.09.2017 10:03

BMW-nin yeni elektro-prototipi bir dəfəyə 600 kilometr yol gedə bilir

Frankfurt avtosalonunda BMW tərəfindən i Vision Dynamics adlı elektrikli prototip debüt edib. Konsept-kar bir dəfə enerji doldurmaqla 600 kilometr məsafə qət etmək imkanındadır. Yenilik haqqında daha ətraflı məlumat verilmir. Şirkətdən yalnız onu bildiriblər ki, prototipin maksimal sürəti 200 km/saatdan artıqdır. Yerindən ilk 100-ü yığmaq üçün isə 4 saniyə kifayət edir. Konsept-kar klassik radiator barmaqlığından məhrum olub. Əvəzinə indi kuzovun ön hissəsində dekorativ elementlər gözə dəyir. Onlar ilk növbədə BMW stilini göstərməyə xidmət edir. İkinci növbədə isə özlərində müxtəlif sensorlar gizlədirlər. Hələlik maket kimi ortaya çıxan maşını tamamilə diod işıqlarla təmin ediblər. BMW mütəxəssisləri yeni əl işləri ilə i3 və i8 modelləri arasında necə bir avtomobilin ola biləcəyini göstərməyə çalışıblar. Almanların sözlərinə inansaq, 2025-ci ilədək bu markada elektrik motoru olan 25 model olacaq. Onlardan 12-nin daxili yanma mühərrikindən məhrum olacağı deyilir. 

 

Cavanşir Məmmədzadə