• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1011
— 18.09.2017 10:02

Samsung Galaxy J7+ təqdim olundu

Cənubi Koreyanın Samsung Electronics korporasiyası Galaxy J7+ smartfonunu təqdim edib. Yeni qurğu 1920x1080 piksel təsvir ölçülü 5,5 düymlük Super AMOLED displeyi, 2,4 QHs-dək səkkiz nüvəli MediaTek Helio P20 prosessoru, Mali-T880 qrafik sürətləndiricisi və məlumatların ötürülmə sürəti 300 Mbit/san təşkil edən LTE Cat-6 modemi, 4 QB-lıq əməli və 32 QB-lıq daxili yaddaşla təchiz edilib. 256 QB-dək microSD daşıyıcılarının qurğuya qoşulması mümkündür. Əsas kameranın təsvir ölçüsü 13 meqapikseldir və diodlu işıqlandırıcıya yiyələnib. Ön kameranın təsvir ölçüsü, həmçinin 13 meqapikseldir. Bundan başqa, qurğu GPS, Wi-Fi 802.11 b/g/n və Bluetooth 4.2 simsiz rabitə modulları, 3000 milliamper/saat tutumunda akkumulyator batareyası qazanıb. Aparat Android 7.1 Nougat mobil əməliyyat sisteminin idarəetməsi altında işləyir. Barmaq izləri skaneri və 2 SIM kart üçün slot var. Samsung Galaxy J7+ smartfonu 22 sentyabrda satışa çıxarılacaq. Cihazın qiyməti təxminən 388 dollar təşkil edəcək.

 

Cavanşir Məmmədzadə