• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2511
— 18.09.2017 10:01

Frankfurtda elektrikli Honda siti-karı peyda oldu

Frankfurt motorşousunda Honda Urban EV adlı elektrikli siti-kar nümayiş etdirib. Maşının 2019-cu ildə kütləvi istehsal olunacağı gözlənilir. Urban EV, şirkətin Electric Vision adlı inkişaf proqramı çərçivəsində hazırlanıb. Proqrama əsasən, yeni platformalar, güc sistemləri və elektromobillər üçün yüngül akkumlyatorlar işlənib ərsəyə gətirilir. Yenilik Jazz kompaktveninə nisbətən 100 millimetr qısa alınıb. Elektrokarın ön hissəsi monitordan ibarətdir. Ekranda salamlaşma, digər sürücülər üçün informasiyalar və enerjinin statusu görüntülənir. Salonda 4 oturacaq quraşdırılıb. Onlar boz parçalarına, ön panel isə ağac materialına görə seçilir. Kompakt heçbekin xüsusiliyi panoram ekranı olan sürətli alətlər panelinin mövcudluğudur. Onda maşının elektrik sisteminin işi barədə informasiya çıxır: enerji məsrəfinin səviyyəsi, akkumlyator batareyalarının vəziyyəti və gedilən yol məsafəsi. Konsept sürücünün davranışını analiz edən və effektiv qənaətcilliyə cavabdeh olan personal elektron köməkçi də əldə edib.

 

Cavanşir Məmmədzadə